1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida Universiteti və Mərkəzi Florida Universitetindən sonra Florida əyalətində üçüncü ən böyük universitet olaraq göstərilir. Eyni zamanda, universitetə 2007-ci ilin payızında 45.24 tələbə qeydiyyat olmuşdu. Tələbə sayı baxımından da Amerikanın doqquzuncu ən böyük universiteti xüsusiyyətini daşıyır. Cənubi Florida Universiteti, Carnegie Dərnəyinə görə İctimai İnteqrasiya universiteti xüsusiyyətini daşıyan bir universitetdır. Həmçinin, universitetin biomolekulların təyin edilməsi məqsədi ilə qurmağa çalışdığı texniki mərkəz üçün ayırdığı 8 milyon ABŞ dolları pul, Florida Texnologiya, Araşdırma, Kurs quruluşu tərəfindən bu tərz bir iş üçün ayrılan ən geniş büdcə olaraq göstərilmişdir. Princeton Review adlı Amerikan təhsil qurumu universiteti Amerikanın ən yaxşı 366 universiteti arasında göstərmişdir. Amerikanın ən geniş miqyaslı Parkinson, Altshaymer və Huntington xəstəlikləri araşdırma mərkəzləri də Cənubi Florida Universitetində yerləşir.
Çeçenistanın paytaxtı Qroznı şəhərində silahlı yaraqlılar ilə hökümət qüvvələri arasında baş verən toqquşma nəticəsində 12 nəfər həlak olub, bir necə hökümət binası yandırılıb.
Bu gün — 17 dekabr: Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü.
1903 — Tarixdə ilk təyyarə havaya qalxmışdır. Rayt qardaşlarının hazırladığı bu model 56 saniyə havada qala bilib və 260 metr uçub.
1925 — SSRİ və Türkiyə arasında bitərəflik sazişi imzalanmışdır.
1926 — SSRİ-də ilk dəfə əhalinin siyahıyaalınması keçirilmişdir. Bu siyahıyaalmaya görə, Azərbaycan SSR-in əhalisi 2 313 700 nəfər, o cümlədən 1 212 400 kişi, 1 101 300 qadın olub. 649.500 nəfər şəhərdə 1 664 200 isə kənddə yaşayırdı.
1989 — Braziliyada 25 illik fasilədən sonra ilk seçkilər keçirilmişdir.